AVRO-2020: 37 min şəxs könüllülük üçün müraciət etdi

21.02.2020 - 19:43

UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb.

Virtualaz.org qurumun rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur.

Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub. Növbəti sıralarda Rusiyanın Sankt-Peterburq şəhəri (16 faiz), İngiltərənin paytaxtı London (10 faiz) qərarlaşıb. İlk “5-liy”i İtaliyanın paytaxtı “Roma” (10 faiz) ilə Macarıstanın paytaxtı Budapeşt qapayır.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels – İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143007

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031