Azərbaycanda rəsmilər COVID-19-a görə toplandı

05.03.2020 - 10:46

Səhiyyə Nazirliyində koronavirusla bağlı geniş müşavirə keçirilib.

Nazirlər Kabineti yanında operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta Dövlət Agentliyinin müvafiq strukturlarının rəhbər və əməkdaşları iştirak ediblər.

Müşavirədə bildirilib ki, epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməlidir.

Koronavirusla (COVID-19)mübarizə sahəsində keçirilən müşavirədə xəstələrin müalicə və profilaktikası məsələlərinin səmərəli təşkili, eləcə də, əks-epidemik tədbirlərin səmərəliliyinin daha da artırılması istiqamətində işlərin gedişi müzakirə olunub.

Ölkədə kifayət qədər test ehtiyatının olduğu vurğulanıb və ehtiyac yarandığı təqdirdə ölkəyə gətirilməsi imkanları müzakirə edilib.

Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılması, və yoxlamaya cəlb edilmək üçün səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=143536

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31