Çində koronavirusdan ölənlərin sayı 3 119 nəfərə çatıb

09.03.2020 - 11:10

Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 735, bu virus səbəbindən ölənlər isə 3 119 nəfərə çatıb.

“Report” Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 40 yoluxma, 22 ölüm faktı qeydə alınıb.

İndiyədək 58 600 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çin üzrə son sutka ərzində 1 535 nəfər sağalıb.

Hazırda 5 111 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 30 000 nəfər tibbi nəzarət altındadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=143722

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31