Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salındı

12.03.2020 - 11:50

Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

Bunu ”Report”un sorğusuna cavab olaraq H.Z.Tağıyevin heykəlinin müəllifi Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Onun sözlərinə görə, Bakının mərkəzində – metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb: “Heykəlin açılışı təxirə salınıb. Bilirsiniz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən Novruz bayramı şənlikləri ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir. Eyni zamanda postamentin tikintisinə də başlanılmayıb. Hesab edirəm ki, koronavirusla bağlı gərginlik azalandan sonra işlər sürətlənəcək və may ayında yekunlaşacaq. Əgər virus yayılmasaydı, onunla bağlı belə gərgin vəziyyət yaranmasaydı, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramına planlaşdırılmışdı. Mən də bütün qrafikimi ona uyğunlaşdırmışdım. Amma hər şey təxirə salındı”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.

Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=143846

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31