İcra başçısının xanım müavinin sərvəti açıqlandı – VİDEO

15.03.2020 - 16:45

Ekspert icra başçısı haqda sensasion faktlar açıqladı…

Lənkəranın icra başçısı Taleh Qaraşov və onun müavini Rəsilə Əliyeva haqqında sensasiyalı video-müraciət yayılıb.

Təhsil üzrə tanınmış ekspert Elşən Qafarov sosial şəbəkələrdəki hesabında Lənkəranın icra başçısı və onun müavini tərəfindən talan edildiyini bildirib.

Ekspert, icra başçısı Taleh Qaraşovun xanım müavininin təsiri altında olduğunu da iddia edib.

E.Qafarov video-müraciətində T. Qaraşov və müavininin korrupsiya sxemlərini açır və çoxsaylı mülkləri hansı vəsaitlə əldə etdiklərinin araşdırılmasını vacib sayır.

Ekspert, eyni zamanda, Rəsilə Əliyevanın müavin olduğu qısa müddətdə aldığı və ya ona bağışlanan əmlakları sadalayır:

1. “Dəniz Hotel” (anasının adına sənədləşdirilib)

2. Bakıda, “Gənclik” metrostansiyası yaxınlığında villa (850 000 manat dəyərində)

3. Lənkəranda, Qala adlanan mərkəzi yaşayış massivində 2 otaqlı mənzil

4. Lənkərənda, dəniz kənarında villa

5. Rvo kəndi ərazisində, Lənkəran çayı sahilində böyük torpaq sahəsi

6. Bakıda, Ağ Şəhərdə (AMAY TM-nin yaxınlığında) 3 otaqlı mənzil

7. Lənkəranda, “RayPO” adlanan yaşayış massivində 4 otaqlı mənzil

8. Lənkəranda, “EvroAptek” deyilən binada 2 otaqlı mənzil və s.

E.Qafarovun bu və digər iddiaların yer aldığı video-müraciətini təqdim edirik:

Reyting.az

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2020
BE ÇA Ç CA C Ş B
« Mar    
 12345
6789101112
13141516171819
20212223242526
27282930