“Qaçqınkom”da vətəndaş qəbulu onlayn keçiriləcək

16.03.2020 - 18:48

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq, respublika ərazisində virusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qəbulu martın 17-dən, müvəqqəti olaraq, onlayn qəbul ilə davam etdiriləcək.

Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.

Vətəndaşlar 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə Komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər. Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir. Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən video zəng edilməklə aparılacaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=144004

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31