Azercell-dən TƏBİB-ə dəstək “Qaynar xətt”inə zənglər pulsuz olacaq

16.03.2020 - 19:05

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, hazırda ölkə hüdudlarından kənarda olan abunəçilərinə xüsusi diqqətlə yanaşır.

Modern.az xəbər verir ki, belə ki, Azercell şirkəti hal-hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin  balansına ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə 50 AZN məbləğində pul vəsaiti yükləmişdir. Həmçinin mart ayının 17-dən etibarən mobil operator bütün müştəriləri üçün Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (Təbib) “Qaynar xətt”inə (1542) zənglərin ödənişsiz olmasını təmin edib.

Qeyd edək ki, hazırda Azercell-in Telefon Mərkəzi və Onlayn Müştəri Xidmətləri də gücləndirilmiş iş rejimi ilə çalışır. Belə ki, şirkət rominqdə olan abunəçilərinə müvafiq səfirliklərin əlaqə nömrələrinin təqdim edilməsi, habelə Təbib-in “Qaynar xətt”i ilə əlaqə saxlanılması istiqamətində hər cür dəstək göstərməyə hazırdır. Xatırladaq ki, Azercell-in həm Fakturalı, həm də Fakturasız Xətt (Sim-Sim) abunəçiləri rominq zamanı tamamilə ödənişsiz olaraq *1111 qısa nömrəsi vasitəsilə mobil operatorun Telefon Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=144016

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31