Evdən çıxa bilməyən italyan gənclərdən maraqlı addım – Videolar

16.03.2020 - 19:30

Koronavirus səbəbindən evdə qalmağa məcbur olan İtaliya sakinləri özlərinə maraqlı əyləncələr tapıb.

Musavat.com xəbər verir ki, iki qonşu gəncin pəncərədən pəncərəyə tennis oynadığı görüntülər sosial şəbəkədə yayılıb.

Sözügedən görüntülər milyonlarla baxış yığıb.

Bir neçə gün öncədən başlayaraq əhali eyvanlara çıxaraq mahnı oxuyub, rəqs edib.

Neapol sakinləri “Napoli” futbol klubunun himnini oxuyaraq pozitiv vaxt keçirib.

Beneventoda isə insanlar zərb alətlərinin sədaları altında mahnılar oxuyublar.

Toskanada Siyena şəhərciyində karantində olan insanlar “Canto della Verbena” xalq mahısını ifa ediblər.

Qeyd edək ki, İtaliya Çindən sonra koronavirusdan daha çox əziyyət çəkən ikinci ölkədir.

Könül,
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=144025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31