Azərbaycandakı miqrantların icazə müddətinin artırılmasına başlandı

19.03.2020 - 14:04

Sərhədlərin bağlanmasından sonra Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə müddəti başa çatan əcnəbilərin müraciətlərinə baxılması prosesinə başlanıb.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Elnur Kələntərli deyib.

Onun sözlərinə görə, hazırda icazə müddəti başa çatan miqrantların ölkədə qalması üçün Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətlər qəbul edilir:

“Artıq 2 gündür ki, həmin miqrantların müraciətləri daxil olur. Müraciətlər qəbul olunur, həmin şəxsin ölkədə icazəsiz qalması nəzərə alınır. Proses sərhədlər açılana qədər davam edəcək”.

E.Kələntərli bildirib ki, sərhədlər bağlanandan sonra icazə müddəti başa çatan bütün miqrantların müraciətləri nəzərə alınacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=144223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31