Şərqi Azərbaycan vilayətində koronavirusa 867 yoluxma halı təsdiqlənib

24.03.2020 - 12:42

Şərqi Azərbaycan vilayətində COVID-19 koronavirusuna yoluxanların sayı 867 nəfər olaraq bildirilib. İndiyədək onlardan 82 nəfəri həyatını itirib. Ölənlər arasında Təbriz Yanğınsöndürmə İdarəsinin rəhbəri də var.

İRNA xəbər agentliyi Şərqi Azərbaycan vilayətində koronavirusa yoluxma halları barədə son vəziyyət barədə məlumat yayıb.

Təbriz Tibb Elmləri Universitetinin direktoru yardımçısı Seyid Camaləddin Hüseyni-Əqdəm Şərqi Azərbaycan vilayətində son 24 saatdakı dəyişiklikləri açıqlayıb. Hüseyni Əqdəmin söylədiklərinə görə, son bir gündə 54 yeni xəstə müəyyən edilib ki, bununla da xəstələrin ümumi sayı 867 nəfərə çatıb. O, həlak olanların 82 nəfər olduğunu bildirib.

“Son günlərdə yoluxma hallarının tendensiyasi yüksələn xətt göstərir və vətəndaşların evdə qalmadığı təqdirdə virusun yayılma tendensiyası son günlərdə olduğu kimi yüksək olaraq davam edəcək,” o, əlavə edib.

Şərqi Azərbaycan vilayətinin Marağa şəhərinin Səhiyyə İdarəsinin rəhbəri Əsgər Tənumənd İRNA-ya verdiyi məlumatda Marağada koronavirusa yoluxanların sayını 79 nəfər bəyan edib. Onlardan 6-i vəfat edib və 62 nəfərinin xəstəxanadan evə buraxıldığı bildirilir.

Hal-hazırda 32 şübhəli şəhər xəstəxanasında karantində saxlanılır. Marağa Təbrizdən sonra vilayətdə ən çox yoluxma halları olan şəhərdir.

İranda koronavirusa yoluxanların rəsmi sayı 23,049 nəfərdir ki, bunlardan 1,812 nəfəri ölüb. Son 24 saatda virus 1,411 nəfərdə təsdiqlənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=144314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31