Azərbaycan yığmasının 2 üzvü karantinə alındı

28.03.2020 - 20:53

Voleybol üzrə Azərbaycan millisinin 2 üzvü karantinə alınıb.

Publika.az federasiyaya istinadla xəbər verir ki, İsraildə çıxış edən Yuliya Kərimova və Polşada legioner həyatı yaşayan Marqarita Əzizova ölkəmizə yeni qayıtdıqlarından qaydalara uyğun olaraq, təcrid olunublar.

Onlar müəyyən edilmiş karantin müddətini keçdikdən sonra evlərinə yollanacaqlar.

Bundan başqa, koronavirus pandemiyası səbəbindən ölkə xaricində çıxış edən Azərbaycan millisinin bəzi oyunçuları da artıq evlərinə dönüblər.

Dmitri Obodnikov Gürcüstana, Dmitri Baranov isə doğulduğu Rusiyaya qayıdıb. Kişilərdən ibarət millinin ölkəmizdə çıxış edən digər üzvləri isə Bakıdadırlar. Onların vəziyyəti yaxşıdır və milli komandanın həkimləri müntəzəm olaraq oyunçularla əlaqə saxlayırlar.

Qadınlardan ibarət milli komandanın üzvü Yelizaveta Səmədova Rusiyanı tərk edərək Bakıya qayıdıb və hazırda evindədir. Kristina Yaqubova, Anastasiya Qurbanova Rusiyada, Anastasiya Bessonova isə Ukraynada ailəsinin yanındadır.

Ölkəmizdə çıxış edən yığmanın digər üzvləri isə hazırda Bakıda evlərindədirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=144528

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31