Ermənistanda koronavirusdan daha 2 nəfər ölüb

29.03.2020 - 12:00

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb, bununla da ölənlərin ümumi sayı 3-ə yüksəlib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vahid məlumat mərkəzi

Facebook səhifəsində məlumat yayıb:

“Yerevanın “Nork” yoluxucu xəstəliklər xəstəxanasında koronavirusdan daha 2 nəfər ğlüb. Dünyasını dəyişənlər 55 yaşlı qadın və 73 yaşlı kişidir”.

Qeyd edək ki, Ermənistanda movcud vəziyyətlə əlaqədar martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan edilib. Son rəsmi məlumatlara görə görə, ölkədə 407 yoluxma hadisəsi aşkar edilib. Martın 25-dən 31-dək strateji obyektlər istisna olmaqla bütün müəssisə və təşkilatların işi müvəqqəti dayandırılıb, vətəndaşların hərəkətinə məhdudiyyət qoyulub.

Short URL: http://www.cumhuriyyet.net/?p=144558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31