Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi

01.04.2020 - 13:45

Azərbaycanın Türkiyədəki səfirliyi bu ölkədə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib.

O, yataqxana problemi ilə üzləşən tələbələri dərhal səfirliyə müraciət etməyə çağırıb.

“Əgər kiminsə yataqxana ilə bağlı problemi varsa, bizə müraciət etsinlər. Biz də əlimizdən gələni edəcəyik ki, Azərbaycan vətəndaşları, Azərbaycan tələbələri çöldə qalmasınlar. Ümumilikdə isə tam əksəriyyətinin yataqxana ilə bağlı problemi yoxdur. Biz daim onlarla əlaqədəyik. Bizim Təhsil müşavirliyimiz daim onlarla əlaqə saxlayır. Bəzi yerlərdə, bəli, yataqxanalar karantin kimi istifadə olunduğu üçün əksər tələbələr başqa yataqxanalara köçürülmüşdü. Kimlərin ki, problemi var idi, biz onları həll etdik. Əgər kimlərinsə problemi qalıbsa, yenə də müraciət edirəm ki, dərhal bizə müraciət etsinlər. Xüsusilə e-mail vasitəsilə bizə bildirsinlər. Biz də dərhal onlarla əlaqə saxlayıb problemlərini həll etmək üçün bütün səylərimizi göstərəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=144717

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31