Azərbaycanda 100 mindən çox ticarət işçisinin maaşını dövlət ödəyəcək

01.04.2020 - 13:58

Azərbaycanda 304 min muzdlu işçinin əmək haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən hazırlanmış “Pandemiyadan zərər çəkmiş sahələrdə əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramında nəzərdə tutulub.

Proqrama əsasən, bunun 106,4 min nəfəri ticarət, 87 min nəfəri xidmət, 78,8 min nəfəri sənaye, 7,8 min nəfəri nəqliyyat, 24,6 min nəfəri isə digər sektorda çalışır. Ümumilikdə bu sektorlar üzrə 20 fəaliyyət sahəsi nəzərdə tutulur.

Short URL: http://www.cumhuriyyet.net/?p=144723

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31