Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur (RƏSMİ)

04.04.2020 - 19:50
“Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq”.
Bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilər: “Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. Yəni onun ailə üzvü olsun, dostu olsun, bu, mümkün deyil. Mütləq həmin şəxslərin də icazəsi olmalıdır. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=144840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31