Tovuzda kişini qətlə yetirib su kanalına atdılar – Fotolar

05.04.2020 - 15:15

Tovuz rayonunda arxa atılmış kişi meyiti tapılıb.

Cumhuriyyet.az-ın “Report”a istinadən məlumatına görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur.

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Short URL: http://www.cumhuriyyet.net/?p=144880

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31