“Barselona” iqtisadi və mənəvi iflasın astanasındadı”
“Barselona”nın prezidenti postuna namizəd Viktor Font “El Mundo Deportivo”ya müsahibə verib.
Fanat.Az xəbər verir ki, Font “Barselona”nın iflas təhlükəsi ilə üz-üzə olduğunu bildirib:
“Uzun müddət əvvəl xəbərdar etmişdik ki, “Barselona”nı “böyük fırtına” gözləyir. Klub tarixinin ən yaxşı futbolçu nəsli ilə vidalaşmalı, yeni idman kompleksi tikməli və böyük maliyyə resurslarına malik şirkətlərlə mübarizə aparmalı idi.
Neymarın transferi ilə bağlı məsələlər, oyunçular və əməkdaşlar arasında mübahisələr, sosial şəbəkələrdə baş verənlər… Siyahıya qeyri-sabit idman siyaəstini, rəhbərliyin parçalanmasını və koronavirus səbəbindən gəlirlərin əhəmiyyətli dərəcədə azalmasını da əlavə edə bilərsiniz. Klub iqtisadi və mənəfi iflasın astanasındadı. Oyun bitdi”.
Texnologiya sahəsində çalışan Font, “Delta Partners” şirkətinin yaradıcısıdı. O, 2021-ci ildə keçiriləcək klubdaxili prezident seçkilərində Jozep Bartomeunun əsas rəqibi hesab olunur.
Short URL: http://www.cumhuriyyet.net/?p=145165