Uhanda koronavirusdan ölənlərin sayının 1290 fakt az göstərildiyi üzə çıxıb

17.04.2020 - 12:46

Çinin Uhan şəhərində yeni tip koronavirusdan ölənlərin sayının doğru göstərilmədiyi ortaya çıxıb.

APA-nın “Guardian”a istinadən verdiyi xəbərə görə, məlum olub ki, pandemiya başlayandan Uhanda koronavirusdan daha 1290 ölüm halı baş verib. Bununla da, Uhanda ölənlərin sayı 3 869 nəfər olub. Bundan əvvəl isə Uhanda virusdan ölənlərin sayı 2 579 nəfər göstərilirdi.

Dəqiqləşmə nəticəsində Uhanda virusa yoluxmuş insanların sayı isə daha 325 nəfər artıb və 50 333 nəfərə çatıb. Bildirilib ki, statistikanın yanlışlığına evdə ölənlərin qeydə alınmaması, tibb işçilərinin azlığı baxımından doğru qeydiyyat aparılmaması səbəb olub.

Qeyd edək ki, son dəqiqləşmədən sonra Çində ümumilikdə virusa yoluxanların sayı 82 692, ölənlərin sayı isə 4 632 nəfərdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145250

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31