Karantin rejimində sərnişindaşımanın statistikası açıqlandı
Ümumilikdə, xüsusi karantin rejimində regionlarda şəhərdaxili (rayondaxili) daşınan sərnişin sayı 85 faiz azalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova yayıb.
O bildirib ki, Bakı şəhəri istisna olmaqla cari ilin 1-3 aprel tarixlərində 231 624, 4-6 aprel tarixlərində 124 292, 7-9 aprel tarixlərində 63 653, 10-12 aprel tarixlərində 69 043 və 13-15 aprel tarixlərində 73 275 sərnişin daşınıb: “1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə daşınan sərnişin sayı 68.4 % azalıb.
Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75 400, 4-6 aprel tarixlərində 54 405, 7-9 aprel tarixlərində 45 275, 10-12 aprel tarixlərində 43 460 və 13-15 aprel tarixlərində 46 160 sərnişin daşınıb. 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8 % azalıb”.
Short URL: http://www.cumhuriyyet.net/?p=145298