Sabah da hava isti olacaq

18.04.2020 - 13:41

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-19° isti, Bakıda gecə 9-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=145311

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31