Qubada 2 kq-a yaxın narkotik dövriyyədən çıxarıldı

29.04.2020 - 14:10

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan virtualaz.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd kibrit qutusunda çəkisi 1.5 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Kazımov ifadəsində narkotik maddəni Quba rayonu Xaroşa kənd sakini İntiqam Zeynalovdan aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan İ.Zeynalov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi bir ədəd kibrit qutusunda çəkisi 6.47 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə İ.Zeynalovun narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən gecə saatlarında həyata keçirilən təxirəsalınmaz tədbirlərə ona satış üçün narkotik vasitəni verən həmkəndlisi, Yafət Balayev də tutularaq istintaqa təqdim olunub.

Saxlanılan zaman Y.Balayevin üzərinə keçirilən baxış zamanı ondan satış məqsədi ilə üzərində gəzdirdiyi bir ədəd kağız bükümdə çəkisi 7.76 qram, yaşadığı evdən isə ümumi çəkisi iki kiloqrama yaxın olan plastmas qablarda və sellofan torbalarda, həmçinin kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana, eləcə də çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=145543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31