Bu gündən “balıq qadağası” başlayır

01.05.2020 - 08:19

Balıqların kürütökmə dövrü ilə əlaqədar sabahdan – 1 may 2020-ci il tarixdən balıq ovuna 4 aylıq moratorium qüvvəyə minir. “Ölkə.Az”ın məlumatına görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri moratoriumun qüvvədə olduğu dövrdə balıq ovlanmasından imtinaya və qaydalara əməl etməyə çağırıb: “Balıq ovuna qoyulan moratorium sentyabrın 1-dək davam edəcək və balıq ovu ilə məşğul olan hər kəsi bu müddətdə balıq ovlamamağa, balıq ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina etməyə dəvət edirəm”.
Xidmət rəisi icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin daxili su hövzələrində növbəti nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib: “Son günlər keçirdiyimiz reydlər nəticəsində istifadəsi qadağan edilən 9537 metr uzunluğunda sintetik tor, 2928 ədəd qadağan olunmuş müxtəlif ov aləti müsadirə olunub və bu faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılb, təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib”.
Nazirlik rəsmisi nəzarət tədbirlərinin ölkənin bütün sututarlarında, o cümlədən Xəzər dənizində davam etdirildiyini balıq ovu ilə məşğul olanların diqqətinə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=145668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31