May ayında 14 gün iş olmayacaq

01.05.2020 - 11:21

Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 qeyri-iş günü olacaq.

Modern.az xəbər verir ki, bu ay Azərbaycanda üç bayram qeyd ediləcək.

Belə ki, cari il üçün təsdiq edilmiş istehsalat təqviminə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü; 24 – 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur.

Təqvimdə iki bayram günü istirahət gününə təsadüf etdiyindən qeyri-iş günlərinin vaxtı dəyişdirilir. Belə ki, 9 May şənbə günü olduğundan, beşgünlük iş həftəsində çalışanlar üçün 11 may tarixi qeyri-iş günüdür. Bundan başqa, 24 may tarixi də həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi iş günü deyil.

Beləliklə, bu ay istirahət günləri də daxil olmaqla beşgünlük iş həftəsində çalışanlar üçün 14, altıgünlük iş həftəsində çalışanlar üçün isə 9 qeyri-iş günü var.

Short URL: http://www.cumhuriyyet.net/?p=145705

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31