Koronavirus ilə bağlı sayt quran 17 yaşlı oğlan 8 milyon dollarlıq təklifdən imtina etdi – VİDEO, FOTO

16.05.2020 - 16:16

Saytındakı koronavirus haqqında məlumatları mütəmadi olaraq yeniləyən 17 yaşlı oğlan 8 milyon dollarlıq reklam təklifini rədd edib.

Koronavirus haqqında lazımlı məlumatları yayan saytı ilə gündəmdə olan 17 yaşlı lisey şagirdi Avi Şiffmanın gündə 30 milyon insanın ziyarət etdiyi sayta gələn reklam təkliflərini geri çevirməsi maraqla qarşılanıb.

Dünyanı təsir altına alan koronavirus pandemiyası hələ də bəşəriyyətə hökm edir. Bu vəziyyətdə koronavirus haqqında ən çox ziyarət edilən saytlardan birinin yaradıcısı Avi Şiffman pandemiya sona çatana qədər işləməyə davam edəcəyini və sayta yeni xüsusiyyətlər əlavə edəcəyini söyləyib.

Saytda hər kəsin koronavirus haqqında bilməli olduğu məlumatları tapmaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatından və ölkələrin rəsmi saytlarından alınan məlumatlar fonunda daim yenilənən veb sayt bir çox ölkədə ölüm, sağalma və yeni yoluxma halları haqqında məlumat yayır.

Uğurlu işindən qürur duyduğunu, lakin bununla gündəmə gəlmək istəmədiyini bildirən gənc Ümumdünya Səhiyyə Təşkilatının gələcəkdə bu vəziyyəti nəzərə alacağına ümid edir.

17 yaşındaki genç, 8 milyon dolarlık teklifi reddetti

İndiyə qədər ümumilikdə 700 milyon insanın ziyarət etdiyi sayt üçün 8 milyon dollar dəyərində bir çox reklam təklifi aldığını bildirən Şiffman əsas hədəfinin insanlara düzgün məlumat vermək olduğunu söyləyib.

Onun bu davranışı saytının izləyiciləri tərəfindən də rəğbətlə qarşılanıb.

Gənc oğlan 8 milyon dollara ehtiyacı olmamasının yaşının az olması ilə əlaqələndirib. O gələcəkdə saytı sata biləcəyini də qeyd edib.

Musavat.com

17 yaşındaki genç, 8 milyon dolarlık teklifi reddetti

17 yaşındaki genç, 8 milyon dolarlık teklifi reddetti

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=146822

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930