Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

20.05.2020 - 15:45

“Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb”.

Bunu “Report”a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: “Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub”.

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib.

Qeyd edək ki, hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov “Report”a müsahibəsində koronavirusa yoluxduğunu açıqlayıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147111

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031