Məhkəmə qəzeti cərimələdi

20.05.2020 - 15:48

Zərdab Rayon Məhkəməsi “Əkinçi” qəzetinin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin qəzetin cərimələnməsi barədə protokol tərtib edib.

Protokol qəzetin Zərdab şəhərindəki üçmərtəbəli inzibati binada icarəyə götürdüyü 44 kvadratmetr qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya quraşdırmaması, ilkin yanğınsöndürmə alətləri almaması, naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətini yoxlatdırmaması ilə bağlıdır.

Hakim Tahir Qubadov bu protokola əsasən, “Əkinçi” qəzetinin 100 manat cərimə edilməsi barədə qərar çıxarıb.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147115

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031