Gürcüstanda “qanuni oğru”larla əlaqəli 13 nəfər saxlanıldı

20.05.2020 - 15:56

Gürcüstanda “oğru dünyası” ilə əlaqə, azadlıqdan qanunsuz məhrum etmə və zorakılıqda ittiham olunan 13 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər bu ilin martında iş adamını Tbilisidə kirayə mənzildə qanunsuz saxlayaraq onun azad edilməsi üçün 7 500 ABŞ dolları tələb ediblər. Biznesmen iki ay ərzində onlara daha 50 min ABŞ dolları ödəməli olub.

“Qanuni oğru”larla əlaqəli olan şəxslər avtomobillərin satışı ilə bağlı mübahisələrdə də iştirak ediblər.

Axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 3 bahalı avtomobil, 16 min ABŞ dolları, kompüter texnikası və mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs cəzası gözləyir.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147122

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031