Ermənistanda koronavirusa yoluxanların sayı 5 271-ə yüksəldi

20.05.2020 - 16:27

Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Virtualaz.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 271-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 67-ə çatıb.

Ötən sutkada ölənlər 78, 65 və 68 yaşlı kişilərdir. Onların hər üçündə xronik xəstəliklər olub.

Bildirilib ki, indiyədək 2 419 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 758 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,9 milyonu ötüb. Bunların 1,9 milyon nəfərdən çoxu sağalıb, 325 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147148

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2020
BE ÇA Ç CA C Ş B
« May    
1234567
891011121314
15161718192021
22232425262728
2930