Planetə göydən “koronavirus” yağmağa başladı – FOTO

20.05.2020 - 16:35

Meksikanın Nuevo Leon əyalətində göydən koronavirus şəklində qeyri-adi yağış yağıb.

Virtualaz.org bildirir ki, bu barədə “Daily Mail” xəbər verir.

Şahidlərin dediyinə görə, yeni koronavirus kimi xarakterik sünbüllər yerə düşən dolu daşlarında aydın görünüb. Yerli əhali bu hadisədə epidemiya zamanı “Tanrıdan evdə qalmağı xatırladan mesaj” kimi qəbul ediblər.

Bənzər bir təbiət hadisəsi dünyanın əks tərəfində də bildirilib. “Twitter” istifadəçisi Arlene Li Çinin Qingdao şəhərində 18 mayda düşən “koronavirus” dolu şəkilləri göstərib.

Meteoroloq və Dünya Meteoroloji Təşkilatının məsləhətçisi Jose Miguel Vinas sosial şəbəkələrdə görünən görüntüləri araşdırıb. O deyib ki, bunda fövqəladə bir şey yoxdur: “Güclü fırtınalar zamanı müxtəlif ölçülü gradientlər bir-birinə çırpılır və ən qeyri-adi formalarda, o cümlədən eyni sünbüllər əmələ gəlir”.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147153

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031