Daha sərt karantin qaydaları geri qayıdır: sms-lə icazə, həftəsonuna tam qadağa… – VİDEO

03.06.2020 - 21:03

“Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib”. “Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. O bildirib ki, narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib: “Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki bir-iki ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur”.
“Karantin rejiminin yumşaldılmasının dayandırılması ilə bağlı müxtəlif variantlar müzakirə olunub”. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. “Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qaydası qüvvəyə minə bilər”, – İ.Məmmədov əlavə edib. “Ola bilsin ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, məhdudlaşdırma, hərəkətin məhdudlaşdırılması, fərdi avtomobillərin küçəyə çıxması qadağan olunsun, mağazalar bağlansın və hərəkətin tam məhdudlaşdırıldığı bir rejim yaradılsın. Bunun detalları ilə bağlı Operativ Qərargahın rəhbəri, Baş Nazir Əli Əsədovun müraciəti olacaq. Baş Nazirin çıxışında bu məsələlər detallı şəkildə elan ediləcək”, – deyə İ.Məmmədov bildirib.
“Ola bilsin ki, bəzi şəxslərə SMS icazəsi verilsin”. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. “Bu, əvvəlki qaydada olmayacaq. Yalnız xüsusi hallarda insan səhhəti ilə bağlı ola bilər. İctimai və şəxsi nəqliyyatdan istifadə isə mümkün olmayacaq”.

k.

 

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147665

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031