Abituriyentlərə fürsət: UNEC-də yeni ixtisaslar yaradılıb

09.06.2020 - 12:27

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb.

I qrup üzrə texniki və texnoloji ixtisaslarda 8 yeni ixtisas yaradılıb: “Kommunikasiya sistemləri mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Materiallar mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Kompüter elmləri”. Ümumilikdə isə I ixtisas qrupuna 10 ixtisas qrupu üzrə qəbul aparılacaq.

Qeyd edək ki, texniki və texnoloji ixtisaslar UNEC-də yeni yaradılan “Rəqəmsal iqtisadiyyat” və “Mühəndis iqtisadiyyatı” fakültələrində tədris olunacaq.

II ixtisas qrupunda isə “Beynəlxalq ticarət və logistika” ixtisası yeni açılıb. Bu ixtisasda tədris 4 dildə (azərbaycan, türk, rus, ingilis) olacaq. II ixtisas qrupu üzrə UNEC-də ümumilikdə 9 ixtisas üzrə qəbul aparılacaq.

2020/2021-ci tədris ilindən III ixtisas qrupu üzrə də UNEC-də qəbul aparılacaq. Abituriyentlər “Sosial iş” ixtisası üzrə UNEC-də təhsil ala biləcəklər.

Beləliklə UNEC-də I-V ixtisas qrupları üzrə qəbul həyata keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=148030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728