Koronavirus peyvəndinin qiyməti bəlli oldu

15.06.2020 - 19:22

Avropa İttifaqı hökumətləri “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvənd üçün qiymət 2.5 avro (4.78 manat) təşkil edəcək. Bu barədə “HaberGlobal” məlumat yayıb.
İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.
Xatırladaq ki, İngiltərənin “AstraZeneca” şirkəti iyunun 5-də koronavirus peyvəndinin istehsalına başladığını açıqlayıb. Peyvəndin effektivliyi tam şəkildə sübut olunmasa da, istehsalın başladılmasına şirkət rəsmisi Paskal Soriot aydınlıq gətirib. O bildirib ki, istehsala indidən başlanılmazsa, effektivlik sübut edildikdən sonra yaranacaq tələbatı ödəmək çətin olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=148307

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728