Bundesliqanın qalibi bəlli oldu

17.06.2020 - 10:51

“Bavariya” klubu ardıcıl 8-ci dəfə Almaniya çempionu olub.

“Report”un məlumatına görə, Münhen təmsilçisi buna Bremendə “Verder”ə 0:1 hesablı qələbəsi sayəsində nail olub.

Qalib klubun yeganə qolunu isə Robert Levandovski (dəq. 43) vurub.

“Bavariya” 32 matçda 76 xal toplayıb.

İkinci pillədə 66 xalı olan Dortmundun “Borussiya” klubu turnir cədvəlində Münhen klubuna çatmaq şansını itirib.

Nəticədə “Bavariya” vaxtından əvvəl tarixində ardıcıl 8-ci, ümumilikdə isə 30-ci dəfə çempion adını qazanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=148426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728