Dünən Bakıya gəlmək istəyən 550 maşın geri qaytarıldı

22.06.2020 - 10:26

Dünən Bakıya girişə və çıxışa cəhd edən 900 maşın geri qaytarılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ələt-Astara, Bakı-Şamaxı və Bakı-Quba yollarında qurulan karantin postlarında hərəkətinə icazə verilməyən 900 nəqliyyat vasitəsinin sürücüsü aşkarlanıb:

“Rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, eyni zamanda, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil postlarda yoxlamadan Bakıya geri qaytarılıb”.

Qeyd edək ki, 21 iyun – 5 iyul tarixlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=148617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728