Bakıda insanlar ən çox bu ərazidə yoluxur

23.06.2020 - 12:19

Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri açıqlanıb.
Son statistikaya əsasən, ən çox yoluxma Binəqədi, Yasamal, Xətai rayonlarındadır. Binəqədidə yoluxma 12.3 faiz, Yasamalda 12.2 faiz, Xətaidə 12.2 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 11.9 faiz, Suraxanıda  9.2 faiz, Nərimanovda 8.8 faiz, Nizamidə 7.9 faiz, Qaradağda 6.0 faiz, Xəzər rayonunda 4.3 faiz, Səbaildə 4.2 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

redaktor.az

Short URL: http://www.cumhuriyyet.net/?p=148685

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728