Ermənistanda daha 736 nəfər koronavirusa yoluxdu
Ermənistanda son sutka ərzində daha 736 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb və infeksiyaya yoluxanların ümumi sayı 24 min 645 nəfərə çatıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, gün ərzində həm də 6 ölüm faktı qeydə alınıb və indiyədək koronavirusdan həyatını itirənlərin sayı 427-yə yüksəlib.
Bundan başqa, bu günədək 205-i son 24 saatda olmaqla, virusa yoluxmuş 13 116 nəfər sağalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=148856