Ermənistanda koronavirusa yoluxma sayı 25 mini ötdü
Son sutka ərzində Ermənistanda daha 482 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla ölkədə koronavirusa yoluxanların sayı 25 min 127 nəfərə çatıb.
Ötən gün virusa yoluxan daha 7 xəstə ölüb və pandemiyadan həyatını itirənlərin sayı 433 nəfər olub.
İndiyədək 13297 xəstə sağalıb. Hazırda Ermənistanda 11 254 aktiv koronavirus xəstəsi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=148969