Türkiyə daha 9 əcnəbi terrorçunu Belçikaya ekstradisiya etdi
Türkiyədə saxlanılan əcnəbi terrorçuların ekstradisiyası davam etdirilir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Daxili İşlər Nazirliyi Belçika vətəndaşı olan daha doqquz terrorçunun ölkədən çıxarılması barədə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bununla da 2019-cu il noyabrın 11-dən etibarən Türkiyədən ekstradisiya edilən terrorçuların sayı 338-ə yüksəlib. Onlardan 113-ü Avropa İttifaqı ölkələrinin, ABŞ-ın və Avstraliyanın vətəndaşlarıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=149070