Ermənistanda koronavirusa yoluxma sayı 26 mini keçdi – 453 ÖLÜ
Ermənistanda son sutka ərzində daha 523 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Virtualaz.org bildirir ki, məlumatı ölkə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 26 min 65 nəfərə çatıb.
Son sutkada həm də daha 10 xəstə həyatını itirib. Beləliklə, virusa yoluxma nəticəsində ölənlərin sayı 453 nəfər olub.
İndiyədək 14 min 563 xəstə sağalıb. Hazırda Ermənistanda 10 900 aktiv koronavirus xəstəsi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=149079