Bakıda bazarda gizli fəaliyyət göstərən obyektdə 8 qadın saxlanılıb – FOTO
Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.
Cumhuriyyet.az APA-ya istinadla xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.
Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=149514