Avropa Liqasında bütün oyunların günü və saat
Avropa Liqasında 1/8, 1/4 final, yarımfinal və final təqivimi bəlli olub. UEFA oyunların tarixini və başlama saatını açıqlayıb.
Bütün qarşılaşmalar Almaniyada – konkret olaraq Köln, Duysburq, Düsseldorf və Helzenkirhen şəhərlərində keçiriləcək.
1/8 finalda 6 oyun cavab matçı kimi baş tutacaqsa, “İnter” – “Xetafe” və “Sevilya” – “Roma” cütləri qalibi bir oyundan ibarət neytral meydanda müəyyən edəcəklər. Avropa Liqasının final görüşü avqustun 21-də Kölndə olacaq.
Avropa Liqası
1/8 final, cavab oyunları
5 avqust
21:55. “Kopenhagen” (Danimarka) – “Başakşəhər” (Türkiyə)
21:55. “Şaxtyor” (Ukrayna) – “Volfsburq” (Almaniya)
00:00. “Mançester Yunayted” (İngiltərə) – LASK (Avstriya)
00:00. “İnter” (İtaliya) – “Xetafe” (İspaniya)
6 avqust
21:55. “Bayer” (Almaniya) – “Reyncers” (Şotlandiya)
21:55. “Sevilya” (İspaniya) – “Roma” (İtaliya)
00:00. “Bazel” (İsveçrə) – “Ayntraxt” (Almaniya)
00:00. “Vulverhempton” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
1/4 final
10 avqust
00:00. “Mançester Yunayted”/LASK cütünün qalibi – “Kopenhagen”/“Başakşəhər” cütünün qalibi
00:00. “İnter”/”Xetafe” cütünün qalibi – “Bayer”/“Reyncers” cütünün qalibi
11 avqust
00:00. “Şaxtyor”/“Volfsburq” cütünün qalibi – “Bazel”/“Ayntraxt” cütünün qalibi
00:00. “Vulverhempton”/“Olimpiakos” cütünün qalibi – “Sevilya”/”Roma” cütünün qalibi
Yarımfinal
16 avqust
00:00. “Vulverhempton”/“Olimpiakos” – “Sevilya”/”Roma” cütlərinin qalibi – “Mançester Yunayted”/LASK – “Kopenhagen”/“Başakşəhər” cütlərinin qalibi
17 avqust
00:00 . “İnter”/”Xetafe” – “Bayer”/“Reyncers” cütlərinin qalibi – “Şaxtyor”/“Volfsburq” – “Bazel”/“Ayntraxt” cütlərinin qalibi
Final
21 avqust
00:00. Köln şəhəri
Short URL: http://www.cumhuriyyet.net/?p=149678