Ermənilərin itki etirafı: 30 hərbçi – FOTO

12.07.2020 - 22:51

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərkən böyük itki verib. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri yazıblar.

Belə ki, bu gün qeydə alınan toqquşma zamanı erməni tərəfinin 30 əsgərini itirməsi bildirilir. Ermənistanın Müdafiə Nazirliyi itkilərin olması barədə məlumatı gizlətsə də, yerli əhali bu barədə sosial şəbəkədə yazmağa başlayıblar. İstifadəçilərin bəzisi 28, bəziləri isə 30 erməni əsgərinin öldürülməsini yazıblar.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub.

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.

 

 

BAKU.WS

Short URL: http://www.cumhuriyyet.net/?p=149784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728