La Liqada mövsümün futbolçusu açıqlanıb

16.07.2020 - 13:45

İspaniyaLa Liqasındamövsümün sonuna iki tur qalmış ən yaxşı futbolçu müəyyənləşib.

Sfera.az xəbər verir ki, “WhoScored”in araşdırmasına görə, “Barselona”nın kapitanı Lionel Messi reytinqdə hamını qabaqlayıb.

Argentinalı superulduz hər matçda orta hesabla 8,65 xal toplayıb. Onu “Real”ın iki futbolçusu izləyib. Yarımmüdafiəçi Kasemiro 7,52 xalla ikincidirsə, hücumçu Kərim Benzema (7,45 xal) ilk “üçlüy”ü qapayıb.

La Liqadamövsümün ən yaxşı 10 futbolçusu:

1. Lionel Messi (“Barselona”) – 8,65 xal

2. Kasemiro (“Real”) – 7,52

3. Kərim Benzema (“Real”) – 7,45

4. Luis Suares (“Barselona”) – 7,34

5. Mikel Merino (“Real Sosyedad”) – 7,31

6. Xerard Moreno Balaqero (“Vilyarreal”) – 7,30

7. Raul Qarsiya (“Atletik”) – 7,27

8. Nabil Fekir (“Betis”) – 7,26

9. Lukas Okampos (“Sevilya”) – 7,26

10. Xoselu (“Alaves”) – 7,24.

Qeyd edək ki, La Liqanın bombardirlər yarışına başçılıq edən Lionel Messinin aktivində 22 qol, 20 məhsuldar ötürmə var.

Short URL: http://www.cumhuriyyet.net/?p=150091

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31