Türkiyədən qayıda bilməyən Azərbaycan vətəndaşlarının durumu barədə rəsmi açıqlama

20.07.2020 - 11:24

“Miqros” mağazalar şəbəkəsi vasitəsilə təqribən 21 000 ədəd ərzaq paketi təmənnasız olaraq Türkiyədəki Azərbaycan vətəndaşlarına təqdim edilib, onlara 3 000-dən artıq mənzildə müvəqqəti yaşayış hüququ verilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki Səfirliyi yayıb.

Məlumatda bildirilib ki, Türkiyədə geniş yayılmış yeni növ koronavirus pandemiyası (COVID-19) ilə bağlı bu ölkədə həyata keçirilən karantin tədbirləri və hərəkətin məhdudlaşdırılması şəraitində iki ölkə arasında səfərlər bərpa edilənədək, ölkə rəhbərliyinin tapşırığına əsasən, Türkiyəyə müvəqqəti gəlmiş və Vətənə dönə bilməyən, bəzi məişət və inzibati zəminli problemlərlə üzləşən Azərbaycan Respublikasının vətəndaşlarına, o cümlədən şəxsi vəsaitləri hesabına Türkiyədə təhsil alan və maddi imkanları məhdud olan tələbələrimizə dəstək göstərilməsi məqsədi ilə cari ilin 1 aprel-20 iyul tarixlərində Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə yardım kampaniyası həyata keçirilib.

Qeyd olunan kateqoriyalara aid 15 000-dən artıq vətəndaşımıza müraciətlərin sayı və ehtiyaclara uyğun olaraq

Hazırda Azərbaycanla Türkiyə arasında hava nəqliyyatı xüsusi uçuşlarla bərpa olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=150416

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31