Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə kütləvi müayinələrə başlandı
Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar və Qaratəhlə kəndində əhalinin kütləvi koronavirus testindən keçirilməsinə başlanılıb.
“Report” xəbər verir ki, bununla bağlı epidemioloqlardan ibarət 6 qrup kəndlərə ezam olunub.
Bu gün 700-ə yaxın şəxsin PCR testindən keçirilməsi nəzərdə tutulub.
Qaracalar və Qaratəhlə kəndlərinin koronavirusun yayılmasının yüksək riski ilə bağlı təcrid olunub-olunmayacağı barədə bu gün qərar veriləcək.
Qeyd edək ki, indiyədək Qardabanidə 23 nəfərdə COVID-19 aşkarlanıb. Yoluxma hallarının 14-ü Qaracalar kəndində qeydə alınıb. Üç nəfərin yoluxma mənbəyi hələ məlum deyil. 60 nəfər karantinə yerləşdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=150520