Rusiyada daha bir böyük ticarət obyekti Ermənistan mallarından imtina etdi

24.07.2020 - 12:04

Rusiya paytaxtı Moskvada “Tvoy Dom” (“Eviniz”) ticarət mərkəzləri şəbəkəsində erməni məhsulları yoxa çıxıb.

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.

“İri ixracatçılar bizə müraciət ediblər. Onlar Araz Ağalarova və qonşu ölkədən olan digər şəxslərə aid olan “Tvoy Dom” şəbəkəsindən Ermənistan istehsalı olan bütün malların çıxarıldığını söyləyib”, – o deyib.

Səfirin sözlərinə görə, söhbət konservləşdirilmiş məhsullardan, həmçinin mineral su və alkoqollu içkilərdən gedir:

“Özü də bütün piştaxtaları Azərbaycanda istehsalı olan mallarla doldurublar. Əlimizdə ticarət mərkəzinin menecerləri ilə Ermənistan şirkətləri və dilerlər arasında olan elektron yazışmalar var. Onlar rəhbərliyin belə qərar qəbul etdiklərini göstərir. Bu barədə müvafiq qurumlara məlumat vermişəm”.

“Tvoy Dom” hipermarketlər şəbəkəsinin məxsus olduğu “Crocus Group” şirkəti məsələyə şərh verməkdən imtina edib.

Xatırladaq ki, bundan əvvəl də Moskvanın ən böyük bazarı olan “Food City” də Ermənistan məhsullarını satmaqdan imtina etmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=150724

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31