Türkiyə bu erməniləri ölkədən çıxara bilər

25.07.2020 - 16:30

Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribatından sonra Rusiyada fəaliyyət göstərən bəzi azərbaycanlı iş adamları öz ticarət mərkəzlərində ermənilərə məxsus malın satışına qadağa qoyublar. Bu da erməni sahibkarların külli miqdarda ziyana düşməsinə səbəb olub. Bundan sonra ermənilərin təxribatçı hərəkətlərinə cavab olaraq bənzər sanksiyaların Türkiyədə də tətbiq edilməsi gündəmə gəlib.

Ens.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan tanınmış jurnalist Ruslan Bəşirli bildirib ki, Türkiyədə vəziyyət bir az fərqlidir:

“Türkiyədə ermənilər 2 qismə bölünür. Birincisi, Osmanlı dövründən Türkiyə ərazisində yaşayan ermənilər. Bunların ümumi sayının 60 min olduğu bildirilir və mütləq əksəriyyəti İstanbulda yaşayır. Son illər bu ermənilərin xaricə daha çox köç etməsi ilə bağlı saylarında ciddi mənada azalma var. Bu ermənilərin içində az sayda 17-18-ci əsrlərdə islamı qəbul etmiş ermənilər də mövcuddur ki, onlar “həmşinlilər” adlanır. Əksəriyyət isə xristian dininin ortodoksal məzhəbindəndir. İkinci qisim isə Ermənistandan Türkiyəyə qaçaq yollarla gedib işləyən ermənilərdir. Bunların sayının 100-150 min civarında olduğu bildirilir. Bu qisim ermənilərin daha çox tikinti sahələrində günəmuzd fəhlə olaraq çalışdıqları deyilir”.

R.Bəşirli Türkiyə dövlətinin qaçaq yolla gələn ermənilərin ölkədən çıxarılması üçün əməliyyat həyata keçirə biləcəyini istisna etməyib:

“Türkiyə dövləti Ermənistandan qaçaq yollarla gələn erməniləri ölkədən qovub çıxara bilər. Zatən türk polisi qaçaq yollarla gələn xarici ölkə vətəndaşlarına qarşı mütəmadi əməliyyatlar həyata keçirir və deportasiya edilənlərin arasında ermənilər də olur. Osmanlı dövründən Türkiyədə yaşayan ermənilərin qardaş ölkədə hansı biznes sahəsi ilə məşğul olduqları haqda məlumatım yoxdur. Lakin Türkiyənin və türk toplumunun Azərbaycana hansı həssaslıqla yanaşdığını bilirik. Ermənilər Türkiyədə hansısa bazarda və ya şirkətlərdə fəaliyyət göstərirlərsə, gələcəkdə türk qardaşlarımızın da analoji addım ata biləcəyini görə bilərik. Lakin ilk növbədə Ermənistandan qaçaq yollarla Türkiyəyə işləməyə gedən ermənilər oradan qovula bilər”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=150864

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31