Azərbaycanda 4 gün iş yoxdur-Xüsusi karantin rejimi planı hazırlanır

27.07.2020 - 09:14

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək. Cumhuriyyet.az “BakuPost”un məlumatına görə bildirir ki, bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq. Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.

Short URL: http://www.cumhuriyyet.net/?p=150982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31