TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

05.08.2020 - 16:06

“Bu gün Azərbaycanda koronavirusdan vəfat edənlərin sayı 2%-dən daha azdır. Vəfat edənlərin orta yaş göstəricisi isə təxminən 65 civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimiz vaxtında hazırlanıb, müalicə protokolları düzgün tərtib olunub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib kİ, xaricdən gələn eksperlərlə sıx şəkildə əməkdaşlıq edilir: “Bu günə qədər əlavə çarpayı fondundan istifadə edilməsə də, zərurət yaranacağı təqdirdə onlardan istifadə edilə bilər”.

O bildirib ki, əlavə yumşalmaların olması ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardır: “TƏBİB ancaq xəstələrin müalicəsi ilə məşğul olur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=151752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31