Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu

10.08.2020 - 17:37

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Report”un məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, 2 513 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 790 141 test aparılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=152042

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728